AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-01 11:45:09 965

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının hibrid (on-line və off-line) şəkildə iclası keçirilib. İnstitutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, Elmi Şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. Daha sonra akademik F.Ə.Qədirov AMEA Rəyasət Heyətinin Neft və Qaz İnstitutunun yeni strukturu haqqında qərarı ilə Şura üzvlərini tanış edib.

İclasda AMEA Neft və Qaz İnstitutunun şöbələrinin 2021-ci ilin I yarısında elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi. “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Q.M.Əfəndiyev, “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Q.İ.Calalov, “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin hesabatını t.e.d. M.Ə.Rəsulov, “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin hesabatını t.e.n. B.Z.Kazımov təqdim etdilər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, kadr hazırlığı, əməkdaşların dərc edilmiş elmi əsərləri, elmi tədbirlərdə iştirakı və təltifləri haqqında məlumat öz əksini tapmışdır. Hesabatların ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

İclasın sonunda Təhsil şöbəsinin müdiri Arif Hüseynov magistr dissertasiyalarının müdafiəsinin nəticələri haqqında məlumat verdi.

Iclas karantin qaydalarına uyğun olaraq keçirildi.