AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-06 10:25:16 359

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd artaraq 475 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 212 ədəd artıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd artaraq 376 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 185 ədəd artım qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd çoxalaraq 99 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 23 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.

https://azertag.az/xeber/1822469