AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-07-07 10:00:13 901

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib. Institutun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, Elmi Şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti şəxslərin iştirakı ilə bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.
Xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilən tədbiri akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.

İclasda AMEA Neft və Qaz İnstitutunun şöbələrinin 2021-ci ilin I yarısında elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi. “Neftli-qazlı komplekslərin litologiyası” şöbəsinin hesabatını g.-m.e.d. prof. V.Ş.Qurbanov, “Neft-qaz geofizikası” şöbəsinin hesabatını g.-m.e.d. N.P.Yusubov, “Neftli-qazlı hövzələrin analizi” şöbəsinin hesabatını y.e.f.d. Ş.M.Hüseynova, “Neft-qaz sahəsinin geoekoloji problemləri ” şöbəsinin hesabatını F.N.Kərimov təqdim etdilər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, kadr hazırlığı, əməkdaşların dərc edilmiş elmi əsərləri, elmi tədbirlərdə iştirakı və təltifləri haqqında məlumat öz əksini tapmışdır. Hesabatların ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.