AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-04-17 13:35:14 337

Neft və Qaz İnstitutunun magistrantları üçün distant tədris təşkil edilib

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın magistrantları üçün distant tədrisin təşkil edilməsi barədə sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə AMEA Neft və Qaz İnstitutunda təhsil alan magistrantlar üçün distant tədrisə başlanılıb.

Hazırda institutda “Geologiya” və “Neft və qaz mühəndisliyi” istiqaməti üzrə I kursda dörd magistrant təhsil alır. Magistrantlar “Sedimentologiya”, “Geokimya”, “Quruda neft və qaz quyularının qazılması” və “Dəniz neft qaz və qaz kondensat yataqlarının işlənməsi” ixtisasları üzrə dərslərdə iştirak edirlər. II kurs tələbələri isə elmi rəhbərləri ilə əlaqə saxlayaraq mütəmadi olaraq məsləhətlər alır, dissertasiya mövzuları üzərində işlərini davam etdirirlər.