AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-15 13:07:23 289

AMEA Neft və Qaz İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin 393 saylı 01.09.2021-ci il tarixli sərəncamına əsasən 15 sentyabr 2021-ci il tarixində Neft və Qaz İnstitutunda “Geoekologiya”- 2508.01 ixtisasından fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

İmtahanda komissiyanın üzvləri olan sədr – elmi işlər üzrə direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov, üzvlər: elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, şöbə müdiri Fəxrəddin Kərimov, b.e.i., b.e.n. Fəxrəddin Quliyev və Təhsil şöbəsinin müdiri Arif Hüseynov iştirak ediblər.

İmtahanda 1 nəfər iddiaçı iştirak edib və imtahanın nəticələrinə əsasən əla qiymətləndirilib.

İmtahanda AMEA Rəyasət Heyəti Aparatının Doktorantura sektorun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə iştirak edib. İmtahan uğurla başa çatıb.