AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-16 07:34:32 898

“ANAS Transactions, Earth Sciences” jurnalı yüksək reytinq qazanıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunda nəşr edilən “ANAS Transactions, Earth Sciences” elmi jurnalı nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasının indeksləşmə reytinqini qazanıb və nəşrə h-index (1) rəqəmi verilib.

Jurnalın yüksək dəyər alması çap olunan məqalələrin elmi mahiyyəti, məqalələrin beynəlxalq biblioqrafik standartlara uyğun tərtib olunması və ciddi resenziyadan keçməsi, məqalələrdə tədqiqatçıların elmi məhsuldarlığının uğurlu nümayişinə görə mümkün olub.

Xatırladaq ki, 1958-ci ildə təsis edilmiş “Xəbərlər. Yer elmləri” adlı jurnal 2018-ci ildən “ANAS Transactions, Earth Sciences” adı ilə nəşr edilib. 2020-ci ildə jurnal nüfuzlu “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib.

https://science.gov.az/az/news/open/18016