AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-21 14:31:03 266

Azərbaycan Dövlət Aqrar Universitetdə təkmilləşdirmə kursları keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kurslarda iştirak edən dinləyiciləri təbrik edərək, layihə çərçivəsində əldə etdikləri biliklərin gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

AMEA Neft və Qaz Institutu Gənc Alim və Mütəxəssislər şurasının sədri Pünhan Səmədli təkmilləşdirmə təlimlərində ekologiya elmi istiqaməti üzrə iştirak etmişdir.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda təkmilləşdirmə kurslarında iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.