AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-06-03 04:34:12 1029

AMEA Neft və Qaz İnstitutunun işçiləri üçün növbəli iş rejiminin tətbiqinə başlanılıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq "AMEA işçiləri üçün növbəli iş rejiminin tətbiqinə başlanılıb". Bunu nəzərə alaraq sosial məsafənin qorunması məqsədi ilə:
1. Yaşı 60-dan çox olan institut işçilərinin həftənin cüt günlərində – çərşənbə axşamı və cümə axşamları, qalan heyətin isə həftənin tək günlərində işə gəlməsi şöbə rəhbərləri tərəfindən tənzimlənsin. Müdiriyyət zəruri hallarda tək günlərdə işə çıxan bəzi əməkdaşları həftənin cüt günlərində də işə dəvət edə bilər”.
2. Məsul şəxslərə tabeliklərində olan əməkdaşların qeyri-şərtsiz sanitar-gigiyenik qaydalara əməl etmələrinə nəzarət etmələri tapşırılsın.
3. Şənbə, Bazar və bayram günləri əməkdaşların (mühafizəçilər və xüsusi icazəsi olan əməkdaşlar istisna olmaqla) Neft və Qaz İnstitutu binasına daxil olmaları qadağan edilsin.