AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-09-29 10:47:34 864

AMEA Neft və Qaz İnstitutunda magistratura pilləsində əyani tədrisə start verilib

29 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə AMEA Neft və Qaz İnstitutunda magistratura pilləsində "Geofizika mühəndisliyi" ixtisası "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları" ixtisaslaşması üzrə əyani tədrisə start verilib.
2021-2022-ci tədris ilində magistratura pilləsinə 3 magistrant daxil olub. Onlara birinci tədris ilində Yer elmləri bölməsinin tanınmış alimləri "Quyuların geofiziki üsulları", "Sahə nəzəriyyəsi", "Geofizika mühəndisliyinin müasir problemləri", "Qravimetrik və maqnitometrik kəşfiyyat üsulları", "Rəqəmsal yazıların emal alqoritmləri (proqramlar)" fənləri üzrə mühazirələr oxunacaqdır.

Neft və Qaz Institutunun Təhsil şöbəsinin müdiri Arif Hüseynov yeni tədris ilində magistrantlara uğurlar arzulayıb.