AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-06-17 09:35:17 1069

AMEA Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirildi.

16 İyun AMEA Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirildi.
Müdafiə 16 iyun 2020 ci il tarixində Neft və Qaz Institutun İxtisaslandırılmış Müdafiə Şurasının sədri y.e.e.d., dosent Qulam Babayev rəhbərliyi ilə baş tutdu.
Rəcəbli Cəvahir Bəxtiyar qızının, “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması” adlı və Əlizadə Gülnarə Mərifət “Dəniz şəraitində palçıq vulkanizminin neft-qaz yataqlarının əmələ gəlməsində rolu adlı təqdim etdikləri dissertasiya işlərinə (seysmik məlumatlar əsasında) “ g.m.-e.d. Yusubov Namaz Puti oğlu rəhbərlik etmişdir.
Dissertasiya işləri “Geofizika mühəndisliyi“ İxtisası “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları“ və “Dəniz neft qaz geofizikası” ixtisaslaşması üzrə yerinə yetirilmişdir.
Belə ki, magistrantlar müvəffəqiyyətlə çıxış etdilər. Onlara komitə üzvləri tərəfindən suallar verildi və müsbət və mənfi fikirlər söylənildi. Ətraflı müzakirədən sonra, hər iki magistrantın müdafiədən uğurla keçməsi haqqında qərar qəbul edildi.