AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-06-18 14:20:41 1129

Geologiya, Geologiya mühəndisliyi, Neft-qaz mühəndisliyi ixtisası üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirildi.

18 İyun 2020 ci il tarixində AMEA Neft və Qaz İnstitutunda “Geologiya, Geologiya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilmişdir.
Akademik Əkbər Feyzullayevin sədrliyi ilə Skype platforması üzərindən keçirilən ixtisaslaşdırılmış müdafiə şurasının iclasında AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsi rəisi iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov da iştirak etmişdir.
Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın iclasında Səmədli Pünhan Malik oğlunun (rəhbər g.m.e.d., dos. Mayıs Babayev) “Bakı arxipelaqının şimal hissəsinin palçıq vulkanlarının püskürmə məhsullarının geokimyəvi xüsusiyyətləri”, Quluyeva Nurlana İsax qızının (rəhbər g.m.e.d., prof. Vaqif Qurbanov) “Xızı sahəsində mezozoy hövzəsinin neft-qaz perspektivliyi”, Nəbizadə Orxan Nahid oğlunun (rəhbər AMEA-nın müxbir üzvü Qərib Calalov) “Deformasiya olunan layların neft veriminin artırılmasında üfüqi quyuların tətbiqi” və Məmmədov Elmin Valeh oğlunun (rəhbər t.e.n. Bünyad Kazımov) “Qazkondensat yataqlarının işlənilməsini təmin edən texnologiyalar” mövzularında dissertasiya işləri təqdim olunmuşdur.
Magistrantlar dissertasiya işlərini təqdim etdikdən sonra hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə şura üzvləri, həmçinin AMEA-nın akademik-katibi AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək rəy və təkliflərini, eləcədə də tövsiyyələrini vermişdir.
Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirilmiş və müvafiq meyarlara əsasən dissertasiya işləri qiymətləndirilmişdir. Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.