
AMEA Neft və Qaz İnstitutunun Gənc tədqiqatçıları XXV Yubiley Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransında iştirak ediblər
AMEA Neft və Qaz İnstitutunun gənc tədqiqatçıları Əli Mehdiyev və Zülfüqar Ağayev Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti, Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyası (EAGE) Azərbaycan Bölməsi tərəfindən keçirilmiş «Əla təhsil-neftçixarmada müvəffəqiyyətin rəhnidir” XXV Yubiley Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransında iştirak etmişdir. Əli Mehdiyev ‘’Assessment of oil and gas prospects and features of tectonic structure of south-east Gobustan’’ və Zülfüqar Ağayev ‘’Геохимические характеристики отложений Майкопской серии Шамахы-Гобустанского нгр (на примере разреза перекишкюль) ’’ adlı mövzularında çıxış etmişlər. Çıxışlar münsiflər tərəfindən bəyənildi.
Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti, Avropa Yer Elmləri və Mühəndisləri Assosiasiyası (EAGE) Azərbaycan Bölməsi tərəfindən «Əla təhsil-neftçixarmada müvəffəqiyyətin rəhnidir” XXV Yubiley Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı keçirilmişdir. Konfrans Fransa- Azərbaycan Universitetinin (UFAZ) təşkilatı dəstəyi ilə keçirilmişdir.