AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-11-29 11:37:53 838

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik qəbul olundu.

İclasda elmi işçi İqor Piriverdiyev “Statistik və qeyri-səlis məntiq üsullarından istifadə etməklə, qazma zamanı əldə edilən kompleks informasiya əsasında süxurların xassələrinin qiymətləndirilməsi, modelləşdirmə və qərarların qəbulu ” mövzusunda məruzəsi ilə çıxış etdi. Məruzəçi müzakirə edərək qeyd edir ki, quyuların qazılması zamanı süxurların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi, onların bircins intervallara ayrılması məsələlərini təşkil edən aktual bir problemə baxılmış və həmin problemin həlli qazma zamanı optimal qərarların qəbulunda mühüm rol oynadığı göstərilmişdir.

Qeyd olunmuş məsələlərin həllində riyazi statistika və qeyri-səlis məntiqə əsaslanan yeni yanaşmadan istifadə etməklə kəsilişlərin litologiyası, fiziki-mexaniki xassə göstəriciləri təyin edilmiş, həmin kompleksə əsasən kəsiliş bircins intervallara ayrılmışdır. Bircins intervalların daha çox xassə göstəricilərini əhatə etməklə və qeyri-müəyyənliyi nəzərə almaqla müəyyən edilməsi bu intervallar daxilində baltaların işini daha düzgün və dəqiq təhlili nəticəsində qiymətləndirməyə, bununla da düzgün texnoloji qərarların qəbul edilməsinə kömək edər. Təqdim olunan məruzədə həm baltaların seçilməsi, rejim parametrlərinin təyini, eləcədə mürəkkəbləşmələr nəzərə alınmaqla qazma məhlulunun sıxlığının təyini məsələlərinə diqqət yetirilmişdir. Bu zaman qərarların qeyri-müəyyənlik şəraitində qəbul olunduğunu nəzərə alaraq tədqiqatlar zamanı statistik üsullar və qeyri-səlis məntiqə əsaslanan üsullardan istifadə edilmişdir.

Tədqiqatın əsas nəticələri 9 konfrans materialları və elmi məqalədə, o cümlədən, 5-i “Scopus” bazasına daxil olan nəşrlərdə öz əksini tapmışdır.

Elmi işçi İqor Piriverdiyevin “Statistik və qeyri-səlis məntiq üsullarından istifadə etməklə, qazma zamanı əldə edilən kompleks informasiya əsasında süxurların xassələrinin qiymətləndirilməsi, modelləşdirmə və qərarların qəbulu” mövzusunda məruzəsi dinlədildikdən sonra qərara alındı:
1. Məruzəsi aktual bir problemə həsr olunduğu, aparılmış tədqiqatların elmi cəhətdən yeniliyi və praktiki cəhətdən böyük əhəmiyyətə malik olduğu
2. Qərar layihəsində irad və təkliflər nəzərə alınmaqla qəbul edildi.

Gündəlikdə ilk duran məsələ 2021-ci ildə başa çatmış “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi-texniki və iqtisadi əsaslandırılması” (2020-2021) üzrə yekun hesabatın müzakirəsini şöbə müdiri Fəxrəddin Kərimov təqdim etdi.

“Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinin elmi və elmi-təşkilati fəaliyyəti haqqında şöbə müdiri Fəxrəddin Kərimov məlumat verdi. Hesabatda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, alınmış mühüm nəticələr, əməkdaşların dərc edilmiş elmi əsərləri, beynəlxalq elmi əlaqələr haqqında məlumat verilmişdir. Hesabatın ətrafında müzakirələr aparılıb və tövsiyələr verildi.

Gündəlikdə duran növbəti məsələ üzrə institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının hesabatını Pünhan Səmədli təqdim etdi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.