AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-01 10:27:31 282

Akademik İbrahim Quliyev: “REA və AMEA institutları arasında fizika, biologiya, riyaziyyat sahələri üzrə birgə tədqiqatların davam etdirilməsi zəruridir”

Bu barədə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 26-da respublika elmi ictimaiyyəti ilə görüşündəki çıxışında bildirib.

Azərbaycanın hazırda dünyanın inkişaf etməkdə olan 50 ölkəsi sırasında olduğunu qeyd edən akademik İ.Quliyev digər sahələr kimi, elmimizin də sürətlə inkişaf etdiyini vurğulayıb.

Vitse-prezident REA və AMEA institutları arasında fizika, biologiya, riyaziyyat sahələri üzrə birgə tədqiqatların davam etdirilməsinin vacibliyinə toxunub. O, Rusiya ilə əməkdaşlıq çərçivəsində Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemlərinin tədqiqi istiqamətində görülən işlərdən danışıb. Akademik qeyd olunan istiqamətdə birgə işlərin bu günə qədər davam etdirildiyini diqqətə çatdırıb.

İ.Quliyev Günəş, külək, su kimi ekoloji enerji istehsalı sahəsində elmimizi inkişaf etdirməyin vacib olduğunu deyib, Azərbaycan təbiəti və ekologiyasının bərpası istiqamətində zəruri tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb.

Çıxışının sonunda akademik İ.Quliyev iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

https://science.gov.az/az/news/open/18986