AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-06 08:53:47 843

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Beynəlxalq Elmi konfransda iştirak ediblər

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları 17-19 noyabrda Kiyev, Ukraynada keçirilən “Monitoring of Geological Processes and Ecological Condition of the Environment” (Geoloji proseslərin və ətraf mühitin ekoloji vəziyyətinin monitorinqi) adlı XV Beynəlxalq Elmi konfransda iştirak ediblər.

Konfransda Neft və Qaz İnstitutun icraçı direktoru, prof. Vaqif Qurbanov, Lətif Sultanov və Aysel Məmmədova iştirak etmişdir. Burada onların birgə həmmüəlifi olduğu “Petrophysical features of the rocks of the Pliocene deposits of the oil and gas-bearing region of the Nizhnekurinskaya depression” (Aşağı Kür çökəkliyinin neft və qazlı hövzəsinin pliosen yaşlı süxurların petrofiziki xüsusiyyətləri) məqaləsi çap olunub.

Qeyd edək ki, XV Beynəlxalq Elmi konfransda olan bütün təqdimatlar “Scopus” beynəlxalq məlumat bazasına daxil edilib və sertifikatlaşdırılıb