AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-16 11:27:41 880

AMEA Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov iclasın gündəliyi barədə məlumat verdi.
İclasda institutun şöbə müdiri Fəxrəddin Kərimov “Atmosferə atılan karbon dioksidin tutularaq neft yataqlarının qalıq ehtiyatlarının çıxarılmasında istifadəsi metodologiyasının işlənməsi və ekoloji aspektləri” proqram haqqında məlumat verdi.

Sonra institutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov AMEA Prezidentinin 19 noyabr 2021-ci il tarixli 540 saylı sərəncamına əsasən AMEA Neft və Qaz İnstitutunda 2022-ci ildə aparılacaq elmi tədqiqat işlərinin əhatəli planının müzakirəsi barədə məlumat verdi.
Mühüm nəticələrin müzakirəsi aparıldı və mühüm nəticələrin icraçıları haqqında tövsiyələr verildi.

AMEA Neft və Qaz İnstitutu Həmkarlar Təşkilatının hesabatını Nuhbaba Şixiyev təqdim etdi. O, hesabatda il ərzində görülən işlər, edilən yardımlar haqqında məlumat verdi.

İclasın sonunda müxtəlif məsələlərə baxıldı.