AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2021-12-28 13:19:16 46

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk yığıncağı keçirilib

Dekabrın 27-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk yığıncağı keçirilib.

Yığıncaqda AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov, AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova və Elmi-təşkilat idarəsinin məsul əməkdaşları, AMEA elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.

İclasda Gənc Alim və Mütəxəssislər Şurasının məqsəd və vəzifələrinə nəzər salınıb, gənclərin təklifləri müzakirə edilib. Bununla yanaşı, gənclərin daha geniş miqyasda Dövlət proqramları nəzdində həyata keçirilən lahiyələrdə fəal iştirak etmələri üçün yerinə yetirilməli olan tədbirlər vurğulanıb.

Tədbirdə gənclərin İnformasiya-Kommunikasiya Texnologiyaları və xarici dillər istiqamətində biliklərinin artırılmasının vacib olduğu qeyd edilib. Onların əldə еtdikləri еlmi yеniliklərin KİV-də işıqlandırılmasının, eyni zamanda ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakının önəmli olduğu nəzərə çatdırılıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin qərarı ilə Akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi, dissertantı Aysən Fərəcova şuranın elmi katibi vəzifəsinə təyin edilib.

İclasda AMEA Neft və Qaz İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli iştirak etmişdir.