
×
2022-01-07 12:53:49 705
AMEA Neft və Qaz İnstitutunun magistraturasında qış imtahan sessiyası başlayıb
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 21 dekabr 2021-ci il tarixli “AMEA-nın magistrantları üçün qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən qış imtahan sessiyasının 2022-ci il yanvar ayının 5-dən fevral ayının 2-dək keçirilməsi nəzərdə tutulub.
7 Yanvar magistrantlar “Qravimetrik və maqnitometrik kəşfiyyat üsulları” fənnindən yazılı imtahan veriblər. Müəyyən olunmuş qrafikə əsasən 1 fevraladək imtahan davam edəcək.