AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-01-25 07:51:11 858

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının “International Journal of Petro chemistry & Natural Gas” jurnalında məqaləsi çap olunub

AMEA Neft və Qaz İnstitutunun əməkdaşlarının Amerika Birləşmiş Ştatlarının impakt faktorlu “International Journal of Petro chemistry & Natural Gas” (“Beynəlxalq Neft Kimyası və Təbii Qaz Jurnalı”) jurnalında məqaləsi çap olunub.

AMEA Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov və institutun əməkdaşı Lətif Sultanovun “Forecasting the Prospects for Oil and Gas Deposits at Great Depths in the Oil and Gas Regions of Azerbaijan “ (“Azərbaycanın neft və qaz rayonlarında böyük dərinliklərdə yerləşən neft və qaz yataqlarının perspektivlərinin proqnozlaşdırılması“) adlı məqaləsi “International Journal of Petro chemistry & Natural Gas” jurnalında çap olunub.