AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2020-07-18 10:08:46 1022

AMEA Neft və Qaz İnstitutunun Elmi şurasının onlayn iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub

AMEA-nın Neft və Qaz İnstitunun Elmi şurasının onlayn iclası keçirilib. AMEA Neft və Qaz İnstitutunun direktoru, akademik Fəxrəddin Qədirovun sədrlik etdiyi iclasda elmi işlər üzrə direktor müavini, elmi katib, elmi şura üzvləri, şöbə müdirləri və digər aidiyyəti əməkdaşlar iştirak ediblər.
Əvvəlcə akademik Fəxrəddin Qədirov gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib.
Tədbirdə AMEA Neft və Qaz İnstitutunun fəaliyyət planı müzakirə edilib. Sonra akademik F.Qədirov pandemiya dövründə institutun şöbələrinin yerinə yetirdikləri elmi tədqiqat işləri ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.
İnstitutun yerli və xarici elmi müəssisələri ilə əməkdaşlığı barədə də danışılıb və müştərək aparılan işlərin vəziyyəti haqqında hesabatlar dinlənilib.
Daha sonra iclasda Neft və Qaz İnstitutunun Elmi şurasının tərkibi müzakirə edilib. Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında da danışılıb.
Sonra ETİ proqramlarının müzakirəsi və qəbul edilməsi üzrə müzakirələr aparılıb. “Atmosferə atılan karbon dioksid qazının tutularaq sənayedə istifadəsi texnologiyasının Azərbaycanda tətbiqinin elmi-texniki və iqtisadi əsaslandırılması” mövzusunda ETİ F.N. Kərimov və “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin layihələndirilməsinin və ehtiyatların idarə edilməsinin yeni proqnoz üsullarının yaradılması” mövzusunda t.e.n. B.Z.Kazımov təqdimat etmiş və ətraflı müzakirələrdən sonra hər iki ETİ-nin qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.
Daha sonra isə AMEA Neft və Qaz İnstitutunun doktoranturasına və dissertanturasına qəbul və magistr dissertasiyalarının müdafiəsinin nəticələri haqqında Təhsil şöbəsinin müdiri Hüseynov A.R. məlumat vermişdir.
Tədbirdə rəhbərlik və elmi şura iştirakçıları institutun direktoru v.i.e. akademik Fəxrəddin Qədirovun 70 illik yubileyi münasibətilə təbrik ediblər.