AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-04-19 08:05:14 835

AMEA Neft və Qaz İnstitutunun magistrantları beynəlxalq elmi konfransda iştirak ediblər

Bakı Ali Neft Məktəbində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Neft-qaz geologiyası və mühəndisliyi” mövzulu Tələbə və Gənc Tədqiqatçıların III beynəlxalq elmi konfransı keçirilmişdir. Konfransda sədr dosent Qəşəm Zeynalov, katib Leyla Abdullayeva və münsiflər heyyəti dos. Rauf Nadirov, Rüfət Mollayev, Fərhad Sadıqov, Tural Cəfərxanlı iştirak etdilər. Konfrans Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi bölməsi üzrə keçirildi.

Konfransda AMEA Neft və Qaz İnstitutunun I kurs magistrantları Məryəm Mirzoyeva “Kosmik geodeziya məlumatları əsasında Acınohur neft-qaz perspektivli rayonunun geodinamik şəraitinin öyrənilməsi” (Elmi-rəhbər: y.e.f.d. Aynur Zamanova) ” və Nərmin Behbudova “Karotaj məlumatlarının əsasında paleosedimentasiya şəraitinin bərpası”(Elmi-rəhbər: Namaz Yusubov) mövzularla çıxış etdilər.

Çıxışlar ətrafında suallar verildi və münsiflər heyyəti tərəfindən bəyənildi.