AMEA Neft və Qaz İnstitutu və Yaponiyanın JOGMEC korporasiyası arasında görüş keçirilib
Görüşdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, icraçı direktor, g.-.m.e.d., prof. Vaqif Qurbanov, elmi katib, y.e.f.d. Şəlalə Hüseynova, akademik Əkpər Feyzullayev, g.-m.e.n., dos. Məlahət Əfəndiyeva, y.e.f.d Rafiq Səfərov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aytən Hüseynova, JOGMEC tərəfindən Naito Takanori, Işimaru Takuya, Setoquçi Reiko, Kadovaki Hikaru və Sakuma Hironobu iştirak edirdi.
Görüş zamanı tərəflər arasında imzalanmış müqavilə çərçivəsində çöl tədqiqat işlərinin aparılması məsələləri müzakirə edildi. Müqaviləyə əsasən 11-31 may 2022-ci il tarixlərində Azərbaycanın bir sıra rayonlarında, o cümlədən Şamaxı-Qobustan, Aşağı Kür və Abşeron rayonlarında yerləşən süxurların yer səthinə çıxışlarının tədqiqi və süxur nümunələrinin toplanması planlaşdırılıb.
Birgə geoloji çöl tədqiqatlarının aparılması haqqında müqavilə AMEA Neft və Qaz İnstitutu və Yaponiyanın JOGMEC korporasiyası arasında 03 sentyabr 2020-ci il tarixində imzalanmışdır, lakin COVİD-19 pandemiyası səbəbindən müqavilə üzrə işlər qismən icra edilmişdir. Qeyd edək ki, həmin müqavilə, JOGMEC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanmış Ütəlgi Kəşfiyyat Blokunda geoloji və geofiziki kəşfiyyat işlərinin aparılmasına dair Müştərək Tədqiqat üzrə Müqavilənin bir hissəsidir.