AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-05-26 06:23:02 851

Ədalət Bədəl oğlu Həsənov – 70 il!

2022-ci il may ayının 26-da geofizika-petrofizika elmləri sahəsinin görkəmli nümayəndələrindən biri, tanınmış alim-pedaqoq, fizika-riyaziyyət elmləri doktoru Ədalət Bədəl oğlu Həsənovun 70 yaşı və elmi-tədqiqat fəaliyyətinin 45 illiyi tamam oldu! Yubilyar 26 may 1952-ci il tarixində Bakı şəhərində anadan olmuş, 1974-cu ildə isə Аzərbaycan Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-Kəşfiyyat fakültəsinin “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları” ixtisası üzrə bitirmişdir. 1974-cü ildən 1976-cı ilə kimi Ə.Həsənov təyinatla Kürkənarı Geofizika Kantoruna göndərilmiş və orada karotaj partiyasında mühəndis işləmiş, 1976-ci ildə isə АМЕА Geologiya institutunun aspiranturasına qəbul olunaraq, elmi fəaliyyətə başlamışdır.
Davamlı olaraq АМЕА Geologiya İnstitutunun tədqiqat laboratoriyasında elmi mövzular üzərində çalışaraq, Ə.Həsənov 1982-ci ildə namizədlik, 1995-ci ildə isə 04.00.04 - Geofizika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Bütün elmi-tədqiqat və pedaqoji fəaliyyəti müddətində Ə.Həsənov Azərbaycanın və bir sıra xarici nəşrlərində çap olunmuş 140-a yaxın elmi əsərlərin, o cümlədən 3 ixtiranın, 4 monoqrafiyanın və ali məktəblərdə tədris üçün dərsliklərin həmmüəllifidir. Elmi məruzələrlə bir çox MDB və xarici ölkələrdə çıxış etmiş Ə.Həsənov 2003-cü ildə Ukrayna Elmi-Texniki Mərkəzinin Azərbaycandakı nümayəndəsi seçilmişdir. Mərkəzdə üzv olan dövlətlərin elmi müəssisələrilə əlaqələr yaradaraq ümumilikdə 78 ikitərəfli (Azərbaycan-Ukrayna) və beynəlxalq (Azərbaycan-Ukrayna-Gürcüstan-Moldova) elmi layihələrin hazırlanmasında və reallaşmasında yaxından iştirak etmişdir. Dərin elmi bilikləri və geniş dünyagörüşü olan Ə.Həsənov AMEA-nın Rəyasət Heyyətində Yer elmləri Şöbəsinin elmi katibi, Xarici əlaqəler Şöbəsinin ise rəhbəri vəsifələrini icra etmişdir. Nizam-intizamlı, əməksevər və peşəkar işçi olmaqla yanaşı, Ə.Həsənov ictimai həyatda da fəal iştirak edir. O, AMEA-nın və ADNSU-nun Dissertasiya Şuralarının və Şura nəzdindəki Elmi Seminarların, eləcə də ADNSU-nun GK fakültəsinin elmi jurnalının redaksiya heyyətinin üzvü seçilmişdir.

Çoxillik məhsuldar elmi fəaliyyətini nəzərə alaraq və anadan olmasının 60 illiyi ile əlaqədar Ə.Həsənov 2012-ci ildə AMEA-nın 13/2№-li Fəxri Fərmani ilə təltif edilmişdir.
Fəaliyyətinin böyük hissəsini AMEA-nın Geologiya institutunda elmi işçi vəzifəsində, sonradan isə rəhbərlik etdiyi "Pertofizika" laboratoriyasında yerinə
yetirsədə, Ə.Həsənov 1989-2001 və 2016-2021-ci illərdə Аzəрbаycаn Nеft-Kiмyа İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) əvəzçi dosent və professor vəzifələrində də müvəffəqiyyətlə çalışmışdır.
Ümumilikdə universitet mühitində 20 il ərzində çalışan Ə.Həsənov həm professor - müəllim kollektivi tərəfindən, həmdə tələbələr arasında nüfuzlu müəllim və elmi tədqiqatçı kimi tanınır. Pedaqojı fəaliyyətində Ə.Həsənov
geologiya və geofizika elmləri sahəsində müxtəlif fənlərdən həm bakalavr (Sabah qrupları daxil), həm də magistr pilləsində yüksək metodiki və elmi səviyyədə üç dildə (azərbaycan, rus, ingilis) mühazirələr oxuyur, 1 elmlər doktorun məsləhətçisi, 3 dissertantın və çox saylı magistrlərin elmi rəhbəri olmuşdur. Pedaqojı sahədə qazandığı nailiyyətləri nəzərə alaraq və Azərbaycan Dövlət
və Sənaye Universitetinin 100 illiyi munasibətilə Azərbaycan Respublikası Təhsil nazirinin 08 may 2021-ci tarixli K-438 nömrəli əmri ilə Ə.Həsənov “Yubiley medalı” ilə təltif edilmişdir.

Hal-hazırda Ə.Həsənov AMEA-nın Neft və Qaz İnstitutunda “Neftli-Qazlı hövzələrinin analizi” elmi-tədqiqat laboratoriyasının rəhbəri vəzifəsində çalışaraq müasir neft geologiyasının əsas sahələrindən biri olan neftli-qazlı təbəqələri təşkil edən süxurların stratiqrafiyasının və flyuid tutumunun öyrənilməsidir. Ədalət müəllimin 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

AMEA Neft və Qaz İnstitutununicraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov