AMEA Neft və Qaz İnstitutunun və Mitsubişi şirkətinin əməkdaşları arasında görüş keçirilib
23 Avqust 2017-ci ildə AMEA Neft və Qaz İnstitutu və Mitsubişi şirkəti arasında memorandum imzalanıb. Bu memoranduma əsasən, CO2-nin bərpası bölməsinin öyrənilməsi və inkişafı məqsədilə tərəfdaşlar arasında razılıq əldə olunub.
Görüşdə Mitsubişi şirkətinin Türkiyədəki nümayəndəsi Ulas Dəniz Cansu, Mitsubişinin Azərbaycandakı nümayəndəsi Ülviyyə Məmmədova, Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları və Neft və Qaz İnstitutunun “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinin müdiri Fəxrəddin Kərimov və şöbənin əməkdaşları Məhərrəm Mehtiyev, Fatimə Bayramova, Mina Namazova və Rahilə Əliyeva iştirak etdi.
Bu görüşdə Mitsubişi şirkətinin tədqimatında karbon qazının tullantı mənbələrindən tutulması, nəqli, saxlanması, istifadəsi, tutucu qurğular və texnologiyalar haqqında geniş məlumat verildi.
Online görüşdə Fəxrəddin Kərimov Azərbaycanda iqlim dəyişikliklərinə mənfi təsir göstərən atmosferdən tutulub istifadəsi perspektivliyi haqqında təkliflər verdi və növbəti görüşdə təkliflərin müzakirə olunmasına qərar verildi.