AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-05-31 12:16:36 864

AMEA Neft və Qaz İnstitutunda Respublika elmi-praktiki konfransı keçirildi

AMEA Neft və Qaz İnstitutunda Azərbaycan xalqının ümummilli lideri HEYDƏR ƏLİYEVİN anadan olmasının 99-ci ildönümünə həsr olunmuş “Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirildi.

Konfransda institutun icraçı direktoru g.-m.e.d., prof., Vaqif Qurbanov, şöbə müdirləri, GAMŞ sədri Pünhan Səmədli və çıxış edən konfrans məruzəçiləri iştirak etmişdir.

İcraçı direktor Vaqif Qurbanov konfransı açaraq, ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs etdi. O, konfransın məqsəd və məramnaməsi haqqında fikirlərini söylədi və “Yeni neft strategiyası”nın nailiyyətlərinin bir çox istiqamətlərdə reallaşdığını qeyd etdi. Bunlara Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması, Azərbaycanın, neft –qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışınn təmin edilməsi aiddir. Ümummilli lider Heydər Əliyevin müəllif olduğu “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika və texnologiyalarının Azərbaycana gətirilməsi idi.

Daha sonra GAMŞ sədri Pünhan Səmədli bildirdi ki, şəxsiyyətlərin gücü, ağlı, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Bildiyimiz kimi, bu il Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür və bu ölkəmizdə hər il olduğu kimi bu il də böyük ehtiramla qeyd olunmuşdur. Azərbaycanın inkişafının təməl prinsipləri Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Neft-Qaz problemləri və perspektivləri” mövzusunda keçirilən Respublika elmi-praktiki bir sıra maraqlı çıxışlar oldu.

AMEA Neft və Qaz İnstitutundan Rahilə Əliyeva Qarabağın işğaldan azad olunmuş ərazilərindəki ekoloji vəziyyət haqqında məruzə etdi.
AMEA Neft və Qaz İnstitutundan Fizzə Hüseynova Vertikal quyuda stopoj effektini nəzərə almaqla təzyiqin dinamik davranışın öyrənilməsi barədə tədqimat etdi.
AMEA Neft və Qaz İnstitutundan Rəvanə İsgəndərova Ümumiləşmiş Buckley- Leverett tipli məsələsinin kəsilən funksiyalar sinifində ədədi həlli haqqında danışdı.
AMEA Neft və Qaz İnstitutundan Nərmin Behbudova Azərbaycan ərazisinin yeni neft-qazlılıq xəritəsinin tərtib edilməsi zərurətini yaradan səbəblər barədə çıxış etdi.
AMEA Geologiya və Geofizika İnstitutundan Nurlan İsgəndərli Yardımlı arxeoloji ərazisində aparılmış kompleks geofiziki tədqiqatlar haqqında mülahizələr söylədi.
Bakı Dövlət Universitetindən Aygün Binnətli Şəmkir rayonunun Axarca sahəsinin geokimyəvi səciyyəsi haqqında məruzə etdi.
AMEA İdarəetmə Sistemləri İnstitutundan Rəna Əsədova Иccледование процесса динамического разделения нефтяной эмульсии в отстойных аппаратах (Çöküntü aparatında neft emulsiyasının dinamik ayrılması prosesinin tədqiqi) əsasında təqdimat təqdim etdi.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lalə Piriyeva Сейсмо Геодинамика Юго-Восточного склона большого Кавказа за период 2011-2021 гг. (2011-2021-ci illər üçün Böyük Qafqazın Cənub-Şərq yamacının seysmik geodinamiki) haqqında məruzə etdi.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Əli Əlizadə Qravimaqnitometrik məlumatlar əsasında deformasiya sahələrinin gərginlik vəziyyətinin qiymətləndirilməsini mütaliə etdi.
Bakı Dövlət Universitetindən Elnur Baxşıyev Neft və qazın yaranması ilə bağlı əsas nəzəriyyələr və Azərbaycanda Neft və qaz yataqlarının geologiyası haqqında danışdı.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Adil Əhmədzadə Neft-qaz problemləri və perspektivlərindən bəhs etdi.

AMEA Neft və Qaz İnstitutunun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov və şöbə müdiri, g.m.e.d. Namaz Yusubov və f.- r.e.d. Ədalət Həsənov onlara konfransın əhəmiyyəti və yekunları haqqında danışdılar və konfrans iştirakçılarına konfransa qatıldıqlarına görə təşəkkür edərək gələcək elmi fəaliyyətində uğurlar arzu etdilər.

Sonda GAMŞ sədri Səmədli Pünhan konfransın keçirilməsində və təşkilində göstərilən dəstəyə görə institutun rəhbərliyinə öz təşəkkürünü bildirdi və konfrans iştirakçılarına müvəffəqiyyətlər arzuladı.