AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-06-26 11:51:36 112

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları Moskvada keçirilən konfransda iştirak ediblər

23 iyun tarixində Rusiyada fəaliyyət göstərən “Strateji İnkişafın Modelləşməsi Mərkəzi”nin vitse-prezidenti Həşim Əliyev və Moskva şəhəri İctimaiyyətlə əlaqələr və gənclər siyasəti komitəsi resurs mərkəzinin təşkil etdiyi görkəmli azərbaycanlı neftçi alim və dövlət xadimləri olan Sabit Orucov və Eyyub Tağıyevin 110 illik yubileyinə həsr olunmuş konfrans keçirildi. Konfransda AMEA Neft və Qaz institutunun baş direktorun elmi məsləhətçisi, prof. Vaqif Kərimov və onlayn şəkildə isə AMEA-nın müxbir üzvü, prof. Qalib Əfəndiyev iştirak etmişdir. Qalib Əfəndiyev yubilyarlar haqqında öz fikirlərini mülahizə etməklə çıxış etdi.

https://youtu.be/WXuGtbuwWEM