AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-07-08 10:11:26 760

“Xəzər dənizinin səviyyə tərəddüdləri: ssenarilər və birgə tədqiqatların əlaqələndirilməsi”

5 iyul 2022 tarixində Bakıda “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilmışdır. Konfransın işində Xəzəryanı ölkələrin mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici ekspertlər iştirak etmişlər. Konfransda AMEA –nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA Yer Elmləri Bölməsi Elmi şurasının sədr müavini, Neft və Qaz İnstitutunun baş direkoru, akademik Fəxrəddin Qədirov, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru c.e.d. Zakir Eminov və digərləri iştirak etmişlər.

Konfransı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarına videoformatda müraciət edib. Müraciətdə o Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib. AMEA adından akademik Fəxrəddin Qədirov konfrans iştirakçılarını salamlamış və konfransın işinə uğurlar arzulamışdır. O konfransdakı məruzəsində AMEA institutlarında Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir metodlarla tədqiq edildiyini və əldə edilən bəzi yeni elmi nəticələri iştirakçıların diqqətinə təqdim etmişdir. Xəzər dənizi regionunu 21-ci əsrin neft biznesinin mərkəzlərindən birinə çevrildiyini qət edən məruzəçi bununla yanaşı regionun geodinamik və ekoloji problemlərinin, iqlim dəyişmələri və səviyyə tərəddüdləri ilə əlaqəsinin elmi araşdırılmasının aktual problem olduğunu xüsusi qeyd etmişdir. Akademik Fəxrəddin Qədirov Xəzərin səviyyə tərəddüdləri səbəblərinin öyrənilməsi və proqnozu məqsədi ilə Xəzər ətrafı dövlətlərin alimlərindən ibarət konsorsiumun yaradılmasının və birlikdə tədqiqatların aparılmasının məqsədə uyğun olduğunu vurğulayıb. Məruzədə qaldırılan problemlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

https://youtu.be/w_eXUa6FAsE