AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-07-27 06:15:02 629

“ANAS Transactions, Earth Sсiences” jurnalının 2022-ci il birinci nömrəsinın elektron və çap variantları işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin ingilis dilində nəşr edilən SCOPUS bazasına daxil edilmiş “ANAS Transactions, Earth Sсiences” jurnalının 2022-ci il birinci nömrəsinın elektron (https://journalesgia.com/az) və çap variantları işıq üzü görmüşdür. Bu nömrədə Iraq, Bayci-Tikrit su hövzəsi tədqiqatları üzrə geoelektrik metodlardan istifadə etməklə məsaməli su təbəqəsinin hidro-geofiziki parametrlərinin qiymətləndirilməsi, elektron mikroskop üsulu ilə kaşir-vereya süxurlarının hidravlik parçalanmasının ətrafli tədqiqi, Cənubi Xəzər hövzəsi Azərbaycan sektoru sahələrində gillərin sıxılmasının xarakterik xüsusiyyətləri, Kolloid dispers sistemlərin stabilləşdirilməsi üçün nanohissəciklərin tətbiqi, Azərbaycanda istixana qazlarının coğrafiyası və miqyası, qeyri-səlis klaster analiz əsasında neftin tərkib və xassələrinin onun keyfiyyətinə təsirinin təhlili, dərin çöküntülərin neft-qazlılığı ilə əlaqədar Cənubi Xəzər Hövzəsinin palçıq vulkanlarının fəaliyyət məhsullarının izotop tərkibi və Azərbaycanın fosil və müasir pərayaqlıları kimi aktual mövzular öz əksini tapmışdır.