AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-07-27 08:04:26 739

AMEA Neft və Qaz İnstitutunun əməkdaşları RSDTİ Təşəbbüsü üzrə Maraqlı Tərəflər Qrupunun İclasına dəvət ediliblər

AMEA Neft və Qaz İnstitutunun “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinin müdiri Fəxrəddin Kərimov və şöbənin işçisi Məhərrəm Mehtiyev 28 iyul 2022-ci il tarixində keçiriləcək Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal (RSDTİ) Təşəbbüsü üzrə Maraqlı Tərəflər Qrupunun İclasına dəvət ediliblər.

İclas Azərbaycanda “EU4Environment” Layihəsinin Dairəvi İqtisadiyyat və Yeni Artım İmkanları komponentinin fəaliyyəti haqqında keçiriləcəkdir.

Qeyd edək ki, “Avropa İttifaqı Ətraf Mühit naminə” (EU4Environment) təşəbbüsü Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə ətraf mühitlə əlaqəli fəaliyyətləri dəstəkləməklə, yaşıl inkişaf imkanlarını nümayiş etdirməklə, ekoloji risk və təsirlərin daha yaxşı idarə edəcək mexanizmləri müəyyənləşdirməklə öz təbii sərvətlərini qorumağa və əhalinin ekoloji rifahını yaxşılaşdırmağa kömək etmək məqsədilə həyata keçirilir. Bu təşəbbüs təqribən 20 milyon avroluq büdcə ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və beş Tərəfdaş təşkilat tərəfindən icra olunur: OECD, UNECE, UNEP, UNIDO və Dünya Bankı.

Təşəbbüsün icra müddəti 2019-2022-ci illəri əhatə edir.