AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-05 10:55:04 692

Beynəlxalq Azərbaycan yay məktəbinin Bakıda açılışı keçirildi

Beynəlxalq Azərbaycan yay məktəbinin “Palçıq vulkanizmi və neft sistemləri” mövzusunda Bakıda açılışı keçirildi.

29 avqust 2022-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında Neft və Qaz İnstitutu, Oslo Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin birgə anlaşma memorandumun çərçivəsində beynəlxalq yay məktəbinin açılışı keçirildi. Tədbirdə AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Adriano Mazzini (Oslo Universiteti), Grigori Axmanov (Moskva Dövlət Universiteti), Elçin Bağırov (SOCAR), Namaz Yusubov (Neft və Qaz İnstitutu), Giuliana Panieri (Tromso Universiteti), Alexander Merkel (Biotexnologiya Tədqiqat Mərkəzi, RAS), Rauf Nadirov və Erol Nadir( Bakı Ali Neft Məktəbi), Stephane Polteau (IFE), Mateo Lupi (Geneva Universiteti), Gianfranco Moreli (Geostudi Astier), Petr Brož ( Çexiya Elmlər Akademiyası), Səbinə Kazımova ( Respublika Seysmoloji Xidmət Mərkəzi) və Rafiq Səfərov ( Neft və Qaz İnstitutu) çıxış etdilər. Çıxışlar maraqla qarşılandı və mövzular ətrafında sual-cavab edildi.

Tədbirin sonunda tələbələr prezentasiyalarını nümayiş etdilər.