AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-09-06 12:24:04 727

Neft və Qaz Institutunun əməkdaşları ilə Çeçenistan alimi arasında görüş keçirildi

Görüşdə Neft və Qaz İnstitutunun «Neft-qaz sahəsinin geoekoloji problemləri» şöbəsinin müdiri Fəxrəddin Kərimov, baş mütəxəssis Məhərrəm Mehtiyev, institunun baş mühəndisi Ehtibar Əliyev və Çeçenistan Respublikasının alimi Albert Maçiqov iştirak etmişdir. Görüş zamanı Çeçenistan alimi patent almış dəniz şəraitində qaz və qazhidratın hasilatı üçün qurğunun Azərbaycanda tətbiqi ilə bağlı müzakirələr aparılmışdır. Təqdim edilən avadanlıq vasitəsi ilə dəniz dibindən çıxan təbii qaz sızmalarının yığılması və istifadəsi ilə bağlı layihənin həyata keçirilməsi təklif edilmişdir. Layihənin həyata keçirilməsi həm ekoloji vəziyyəti yaxşılaşdırıla və həmin qazların tutulmasından iqtisadi səmərə əldə edilə bilər.