
×
2022-10-07 07:04:10 464
Neft və Qaz İnstitutunun əməkdaşları 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.
Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
“Şuşa ili”nə həsr edilən 8-ci Beynəlxalq Kitab Sərgisində Neft və Qaz İnstitutunun əməkdaşları iştirak edib. Sərgi çərçivəsində əməkdaşlar müxtəlif nəşrləri ilə tanış olublar