AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-10-11 12:01:40 654

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı VIII Beynəlxalq Konfransda çıxış edib

3-5 oktyabr 2022-ci il tarixində “Dağ regionlarında təhlükəli, təbii və texnogen prosseslər: modeller, sistemlər, texnologiyalar” adlı VIII Beynəlxalq Konfrans Vladiqafqaz, Şimali Osetiya Respublikasında keçirilib.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri, f.- r.e.d. Ədalət Həsənov və Geologiya və Geofizika İnstitutunun əməkdaşları ilə birgə olan “Böyük dərinliklərdə gömülmüş çökmə süxurlarının məsaməliliyinin davamlılığı” məqaləsi ilə çıxış ediblər.

Məqalədə Azərbaycanın tanınmış neft yataqlarından birinin kollektor süxurlarında qranulometrik tərkibinin ətraflı analitik icmalı təqdim olunub. Məhsuldar layların məsaməliliyinin yatım dərinliyə görə sıxılma qanunauyğunluqları və məsamə boşluğunun xüsusi səthi ilə neftdoyumluq arasında əlaqə müəyyən edilib. Həmin qanunauyğunluqların statistik qiymətləndirməsi nəticəsində ayrı-ayrı fraksiyaların (o cümlədən dominant olanların) müxtəlif tipli kollektor süxurlarının məsaməliliyinə təsir dərəcəsi aşkar edilib.

Sonda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri, f.- r.e.d. Ədalət Həsənov sertifikat ilə təltif olunub.