AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-10-18 12:06:39 688

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları Ümumrusiya elmi konfransında çıxış ediblər

18 oktyabr 2022-ci il tarixində “Neft-qaz sənayesi innovativ texnologiyaların fundamental barisi” adlı Ümumrusiya elmi konfrans Moskva şəhərində keçirilib.

Bu konfrans Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi Rusiya Elmlər Akademiyası, Neft və qaz yataqlarının geologiyası və işlənməsi problemləri üzrə elmi şura, Geologiya, mühəndis geologiyası və hidrogeologiya problemləri üzrə elmi şuranın və REA Neft və Qaz Problemləri İnstitutunun birgə təşkilatçığı ilə təşkil olunub.

Konfrans REA Neft və Qaz Problemləri İnstitutunun 35 illik yubileyi ilə əlaqədər tədbirlər planı çərçivəsində təşkil edilib.

Konfransda AMEA-nın vitse-prezidenti, g.-m.e.d., prof., akademik İbrahim Quliyev, Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova və şöbə müdiri, g.-m.e.d. Namaz Yusubov “Karbohidrogen sistemlərinin yeni sinfi: çöküntü komplekslərinin sıxlaşmamış zonaları, onların xüsusiyyətləri və xəritələşdirilməsi üsulları”adlı məruzəsi ilə onlayn çıxış ediblər.