AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-10-20 06:39:16 710

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları Azərbaycan-Fransız Universitetində baş tutmuş seminarda iştirak ediblər

19 oktyabr 2022-ci il tarixində Azərbaycan-Fransız Universitetində baş tutmuş ətraf mühit problemlərində tətbiq olunan Materiallar Kimyası mövzusuna həsr olunmuş mini-simpozium keçirilib.

Seminarda Strasburq Universitetinin professoru Benoit Louis "Zeolites: the Chimera of Catalysis", AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstutunun professoru Sevda Fətullayeva "Enterosorbents: Removal of toxic metals" və Strasburq Universitetinin kimya üzrə fəlsəfə dokturu Nizami İsrafilov "Synthesis, Characterization and Application of the supramolecular MOFs (Metal Organic Frameworks)" mövzularında məruzə ilə çıxış edib.

Seminarda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşları Rahilə Əliyeva, Sahilə Nəsibova və Fariz Novruzov iştirak edib.