AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-05 07:34:57 608

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransında iştirak edib

25-26 noyabr tarixində Özbəkistanın Daşkənd şəhərində WCIS-2022 (World Conference on Intelligent Systems for Industrial Automation) 12-ci Beynəlxalq konfransı keçirilib. Konfransın proqramına qeyri-səlis məntiq, intellektual sistemlərin tətbiqi, qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsinə aid məruzələr dinlənilib. Türkiyə, ABŞ, Kanada, Rusiya, Özbəkistan və s. digər ölkələrdən olan iştirakçılar konfransda iştirak ediblər. Konfrans qarışıq (hibrid) formatda keçirilib. İnstitutun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin rəhbəri Qalib Əfəndiyev və doktorantı Ramin İsayev ilə həmmüəlliflikdə “Assessment of Severity Degree of Lost Circulation During Well Drilling based on Integrated Geological and Technological Information using Fuzzy Cluster Analysis” (Qeyri-səlis klaster analizindən istifadə etməklə kompleks geoloji və texnoloji informasiya əsasında quyuların qazılması zamanı məhlul dövranının ikkisinin ciddilik dərəcəsinin qiymətləndirilməsi) məruzəsini təqdim ediblər.