AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-09 06:36:52 746

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun əməkdaşı Ümumilli lider, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş tədbirdə iştirak edib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri, Yeni Azərbaycan Partiyası Yasamal rayonu Neft və Qaz İnstitutu ərazi ilk partiya təşkilatının sədr müavini, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı tərəfindən 8 dekabr 2022-ci il tarixində Ümumilli lider, ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar birgə təşkil olunan “Zəfər siyasətinin banisi” adlı tədbirdə iştirak edib.