
×
2022-12-09 11:42:40 460
Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib
İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi və yekdilliklə gündəlik qəbul olundu.
İclasda 2022-ci il üzrə Neft və Qaz İnstitutunun “Neftli-qazlı komplekslərin litologiyası” şöbəsinin hesabatını g.-m.e.d. prof. Vaqif Qurbanov, “İctimaiyyətlə əlaqələr” şöbəsinin hesabatını Könül Abbasova, Gənc Alimlər və Mütəxəssislər Şurasının hesabatını Pünhan Səmədli və Həmkarlar Təşkilatının hesabatını k.e.n. Nuhbaba Şixiyev təqdim etdi.
İclasın sonunda müxtəlif məsələlərə baxıldı.