AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2022-12-27 06:59:31 757

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşının “Energies” jurnalında məqaləsi çap edilib

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun əməkdaşı, Neftli-qazlı hövzələrin analizi şöbəsinin müdiri f.-r.e.d. Ədalət Həsənovun həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu “Energies“ jurnalında çap edilib.

Sözügedən məqalə “Detailing the Pore Structure of Productive Intervals of Oil Wells Using the Color 3D Imaging” (“3D vizuallaşdırma üsulundan istifadə etməklə neft quyularının məhsuldar intervallarının məsamə strukturunun detallaşdırılması”adlanır.

Qeyd edək ki, bu məqalə “Scopus” (birinci kvartil) və “Web of Science“ (ikinci kvartil) beynəlxalq məlumat bazalarına daxil edilib və sertifikatlaşdırılıb.