AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-01-19 11:16:28 747

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun icraçı direktoru, g.-m.e.d., prof. Vaqif Qurbanov 20 Yanvar Ümumxalq Hüzn Gününün 33-ci ildönümü ilə əlaqədar baş verən faciədən danışdı. Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın idi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. 20 Yanvar hər zaman xalqımızın tarixində həm milli matəm və hüzn günü kimi xatırlanacaqdır.

Sonra institutun Həmkarlar Təşkilatının sədri Nuhbaba Şıxıyev, əməkdaşları Lətif Sultanov, Məhərrəm Mextiyev, Kənan Babazadə və Rahilə Əliyeva çıxış edərək 20 Yanvar günü baş verən hadisələr haqqında danışdılar.

Tədbirində sonunda Gənc Alim və Mütəxəssislər Şurası sədri Pünhan Səmədlinin hazırladığı slayd təqdim olundu.