AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-01-26 13:04:31 635

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və AzDƏMTTETİ nümayəndələri arasında görüş keçirilib

Görüşdə AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə, direktor müavini Pənah Süleymanov, elmi katib Suadə Hacıyeva və Neft və Qaz İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov, icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Abbasova iştirak etmişdir.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu arasında memorandum imzalanıb.

Memorandum Azərbaycanda neft – qaz axtarışı və kəşfiyyatı, quyuların qazılması və təmiri, yataqların rasional işlənməsi, layların neftveriminin artırılması, neftin-qazın nəqli, hazırlaması və emalı, mövcud texnologiyaların və avadanlıqların etibarlığı, yerin təki və ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinə mənfi təsirin azaldılması proseslərinə yönəlmiş elmi-tədqiqat işlərinin birlikdə aparılması məsələlərini əhatə edir.

Çoxistiqamətli strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməklə, bərabərlik və qarşılıqlı fayda prinsipləri nəzərə alınmaqla birgə İşçi Qrupunu yaradılması, qarşılıqlı informasiya mübadiləsi aparılması, müvafiq müzakirələr və məsləhətləşmələr keçirilməsi, müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanların araşdırılması kimi əməkdaşlıq formatlarında həyata keçiriləcək.