AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-02-06 10:45:11 643

“Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçirilib

6 fevral 2023-cü il tarixində onlayn formatda Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AK-nın “Horizon Avropa” Proqramı üzrə Məlumat Günü keçirilib. Tədbirdə AK-nın ekspertləri tərəfindən “Horizon Avropa” Proqramının imkanları, Mariya Sklodovska-Küri Fəaliyyəti, Avropa Tədqiqat Mərkəzi, İqlim və enerji klasteri və tibb istiqaməti üzrə məlumat verilib. Tədbirdə AR Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun elmi katibi, y.e.f.d. Şəlalə Hüseynova iştirak edib.