AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-02-09 06:14:42 687

Akademik Fəxrəddin Qədirov: “Türkiyədəki zəlzələnin süni yaradılması mümkün deyil”

“Türkiyədəki zəlzələnin süni yaradılması ilə bağlı ehtimal yanlışdır, bu, mümkün deyil”.

Bunu akademik Fəxrəddin Qədirov Geologiya və Geofizika İnstitutunda bu il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr mövzusuna həsr olunmuş ümumrespublika elmi seminarında deyib.

Onun sözlərinə görə, Günəşin, Ayın hərəkətinin Yerdə katastrofik hərəkətlərə səbəb olması ehtimalı da var, amma bunlar elmdə qəbul olunmur: “Yəni belə güclü zəlzələnin baş vermə səbəbi kimi səsləndirilən bu cür fikirlərin heç bir elmi əsası yoxdur”.