AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-04-25 10:47:45 603

Neft və Qaz İnstitutunda K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin tələbələrinə təcrübə keçirildi

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, institutun icraçı direktoru, g-m.e.d, prof. Vaqif Qurbanov, Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsininn müdiri, AMEA-nın müxbir üzvi, t.e.d., Qalib Əfəndiyev, Neftli-qazlı hövzələrin analizi şöbəsinin müdiri f.-r.e.d. Ədalət Həsənov, Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov, Təhsil şöbəsinin müdiri Arif Hüseynov, Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin baş elmi işçisi, g.-m.e.n., dosent Aleksandr Poletayev və Neftli-qazlı komplekslərin litologiyası şöbəsinin əməkdaşı Lətif Sultanov K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin “Neft-qaz və filiz geofizikası” və “Neft və qaz geologiyası” fakültəsinin II kurs magistrant tələbələrinə geniş şəkildə mühazirələr söylədilər.

Təcrübə müddətində onlara Azərbaycanın neft-qaz yataqlarının regionallaşması və neftli-qazlı sahələrin yayılması və perspektivliyi, geoloji kəşfiyyat və neft-qaz texnologiyaları sahəsində dərin bilik və praktiki bacarıqlara malik olmağı və müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat verildi.

Təcrübənin sonunda tələbələr fəal iştirakına görə təcrübənin müvəffəqiyyətlə bitirdikləri üçün sertifikatla təltif olundular.