AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-05-30 10:54:36 493

Neft və Qaz İnstitutu və Özbəkistanın Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı İnstitutu dövlət qurumu arasında memorandum imzalanıb

Mayın 25-də AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Özbəkistanın Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı İnstitutu dövlət qurumu arasında memorandum imzalanıb

Görüşdə Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov və Özbəkistanın Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı İnstitutu dövlət qurumu tərəfindən direktor, geoloji-minerologiya elmləri üzrə fəlsəfə doktoru Odaşa Karşıyev iştirak edib.

Görüş zamanı tərəflər arasında imzalanmış müqavilə çərçivəsində elmi-tədqiqat işləri çərçivəsində elmi məsələlər müzakirə edildi. Müqaviləyə əsasən nəzəri, laboratoriya tədqiqatları,habelə ekspedisiya işləri zamanı prioritet istiqamətlər üzrə elmi-tədqiqat əməkdaşlıq planlaşdırılıb.

Müştərək elmi-konfransların, simpoziumların, seminarların və işçi görüşlərin təşkili, birgə elmi-tədqiqat işləri zamanı əldə edilmiş elmi, texniki, metodi, iqtisadi və digər nəticələr monoqrafiya, məqalə, konfrans materialları şəklində birgə illik hesabatları istifadə olunacaqdır.