AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-10-04 19:44:30 338

Neft və Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov Azərbaycan Televiziya və Radio Verilişləri (AzTv) kanalında akademik Xoşbəxt Yusifzadə ilə bağlı öz təəssüratlarını bölüşüb

Akademik Fəxrəddin Qədirov Azərbaycan Neft Geologiyası elminin böyük itki verdiyini söylədi. Bu bizim klassik və canlı ensiklopediyamız idi. Bu Xəzər neft mədənlərinin tapılmasında müstəsna xidməti olan alimlərdən birisi idi. Biz onu bəzən öz aramızda "Xəzərin Fatehi" adlandırırdıq. Xəzərin demək olar ki, ən böyük neft yataqlarının tapılmasında və işlədilməsində çox müstəsna rolu olan alimlərdən birisidir. Bizim xatirəmizdə çox insansevər, xoşüzlü, gülərüzlü, gənclərin dostu kimi və öz kolleqalarına hörmət edən bir alim kimi qalmışdır. Onun elmi əsərləri nəinki Azərbaycanda, həmçinin bütün Xəzəryanı dövlətlərinin hamısının istifadəsindədir. Onun məqalələri və kitabları bir klassika və əbədi olaraq qalacaqdır. Ondan bizə qalan ən böyük yadigarlardan biri onun elmdə qoyduğu izdir. Bizim Azərbaycan geologiya elmində bir çox məktəblər olmuşdur. O məktəblərdən biri də mən hesab edirəm ki, Xoşbəxt Yusifzadə məktəbi olacaqdır. Biz də bu geologiya sahəsində çalışan alimlər kimi Xoşbəxt Yusifzadə məktəbini davam etdirməyə, o məktəbə gəncləri cəlb etməyə çalışacağıq. O aramızdan qismən getsə də, mənəvi olaraq o bizim hər zaman xatirəmizdə qalacaqdır. Allah ona rəhmət eləsin.

https://www.youtube.com/watch?v=tZ7PcczumxU