AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-11-06 11:10:31 239

Neft və Qaz İnstitutunda K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti Geologiya və Neftqaz İşlər İnstitutunun tələbələri təcrübə keçəcəklər

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutu və Qazaxıstanın K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq haqqında imzalanan memoranduma əsasən, K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti Geologiya və Neftqaz İşlər İnstitutunun “Neft-qaz və filiz geofizikası” və “Seysmologiya” fakültəsinin magistrant tələbələrinin bir qismi Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri f.-r.e.d. Ədalət Həsənovun rəhbərliyi ilə “Neftli-qazlı hövzələrin analizi” şöbəsində təcrübə keçəcəklər.

Tələbələr təcrübə müddətində geoloji kəşfiyyat və neft-qaz texnologiyaları sahəsində dərin bilik və praktiki bacarıqlara malik olmağı və müasir effektiv idarəetmə üsullarının tətbiqi üzrə məlumat əldə edəcəklər.