AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-11-29 06:32:27 319

Neft və Qaz İnstitutunun əməkdaşının məruzəsi xarici nəşriyyatda çap olunub

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri Bünyad Kazımov və doktorantı Əsədulla Məmmədovun 28-30 avqust 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçiril¬miş “Kibernetika və informatikanın problemləri” mövzusunda 5-ci beynəlxalq konfransda (PCİ-2023) məruzəsi konfransın xaricdə İEEE nəşriyyatında çapdan çıxan materiallarında dərc edilib.

Sözügedən məruzə “Determination of the developing indicators of gas layers whose rocks are creeping deformation during operation by inclined wells” (“Maili quyularla istismar şəraitində süxurları sürüngəcli deformasiyaya uğrayan qaz laylarının işlənilmə göstəricilərinin təyini”) adlanır.

Qeyd edək ki, konfrans materialı nüfuzlu Web of Science elmimetrik bazasının CPCI-S (Conference Proceedings Citation Index – Science) altbazasına daxil ediləcəyi gözlənilir.

https://ieeexplore.ieee.org/document/10326010