AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-12-06 10:27:25 261

Neft və Qaz İnstitutun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

İclasda Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki şəhər Bələdiyyəsinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, eləcə də AMEA Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun və AMEA Mərkəzi Elmi Kitabxanasının nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsi ziyarət edilib, önünə tər güllər qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü tədbirin təşkilində əsas məqsədin dünyanın müxtəlif bölgələrindən olan ziyalıları, elm adamlarını Heydər Əliyev dühasının işığına toplamaq və Şəki Regional Elmi Mərkəzinin 50 illik ömür yolunun sevincini paylaşmaq olduğunu bildirib. O, tədbirin proqramına Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Özbəkistan, İndoneziya, Hindistan, Bolqarıstan, Misir kimi ölkələrdən 106 məruzənin daxil edildiyini diqqətə çatdırıb.

Beynəlxalq elmi konfransda Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutun şöbə müdirləri, texnika üzrə fəlsəfə doktoru Bünyad Kazımov “Azərbaycan və Şərq filosoflarının təbiət görüşləri: Ətraf mühitə münasibətin tarixi əsasında” və Fəxrəddin Kərimov “Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” məruzələri ilə çıxış ediblər.