AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

NEFT VƏ QAZ İNSTİTUTU

Xəbər

2023-12-07 10:24:06 282

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun Elmi Şurasının iclası keçirilib

İclasa sədrlik edən institutun baş direktoru, akademik Fəxrəddin Qədirov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış etdi.

Elmi şura üzvləri tərəfindən gündəlik yekdilliklə təsdiq olundu.

İclasda dissertant Vüsalə Balakcı “Neft yataqlarında sıxışdırma prosesində effektivliyin artırılması üçün yaradılan yeni dispers kompozisiyaların tətbiqlərinin elmi və texnoloji əsaslarının işlənməsi”mövzusunda məruzəsi ilə çıxış etdi. Məruzəçi neft sənayesinin aktual problemlərindən olan işlənmiş yataqlarda layların keçiriciliyinin tənzimləməsini təmin edə bilən və şişmə xüsusiyyətləri ilə seçilən dispers kompozisiyalar işləməklə neftverməni əhəmiyyətli dərəcədə artırmağa imkan verən innovativ texnologiyaların yaradılması barədə məlumat verdi.

Müzakirədən sonra dissertant Vüsalə Balakcının “Neft yataqlarında sıxışdırma prosesində effektivliyin artırılması üçün yaradılan yeni dispers kompozisiyaların tətbiqlərinin elmi və texnoloji əsaslarının işlənməsi”mövzusunda məruzəsinin aktuallığı qeyd edildi.

İclasda g.-m.e.d., prof. Vaqif Qurbanov və f.-r.e.d. Ədalət Həsənov 2023-cü ildə başa çatmış Cənubi Xəzər meqaçökəkliyinin geodinamik rejiminin kollektorların flüidodinamik parametrlərinə təsirinin tədqiqi (2022-2023) ETİ üzrə yekun hesabatı haqqında məlumat verdi.

İnstitutun şöbələrinin 2023-ci ilin elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənildi. “Neftli-qazlı komplekslərin litologiyası” şöbəsinin hesabatını g.-m.e.d., prof. Vaqif Qurbanov, “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qərib Calalov, “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin hesabatını t.e.d. Mahir Rəsulov, “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsinin hesabatını t.e.n. Bünyad Kazımov və “Neft-qaz sahəsinin geoekoloji problemləri” şöbəsinin hesabatını Fəxrəddin Kərimov təqdim etdi.

Daha sonra Təhsil şöbəsinin hesabatını Arif Hüseynov,İctimaiyyətlə əlaqələr şöbəsinin hesabatını Könül Abbasova, Beynəlxalq əlaqələr şöbəsinin hesabatını y.e.f.d. Aytən Hüseynova və Gənc alim və mütəxəssis şurasının hesabatını e.i. Pünhan Səmədli təqdim etdi.

Elmi şura üzvləri tərəfindən hesabatlar dinlənildi və qəbul olundu.